9 C
Baku
Cümə axşamı, Dekabr 26, 2024
EvXəbərQazaxıstan Nəqliyyat Naziri Aktau aviasiya qəzasının detallarını açıqladı

Qazaxıstan Nəqliyyat Naziri Aktau aviasiya qəzasının detallarını açıqladı

Qazaxıstan Respublikasının (QR) Nəqliyyat Naziri Marat Karabayev AZAL təyyarəsinin Aktau şəhərində baş verən qəzası ilə bağlı detalları açıqlayıb. Bu barədə Kazinform məlumat yayıb.

“Aeroportun fövqəladə hallar xidmətləri təyyarəni qəbul etməyə tam hazır idi. Təyyarə Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhər qülləsinin dispetçeri ilə əlaqə quruldu. Dispetçer təyyarənin enişini təmin etmək üçün bütün zəruri tədbirləri vaxtında həyata keçirdi. Görmə şərtlərini yaxşılaşdırmaq üçün uçuş-enmə zolağının işıqları da yandırıldı,” – deyə nazir bildirib.

Marat Karabayevin sözlərinə görə, ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına iki dəfə eniş etməyə cəhd göstərib, lakin bu müddətdə təyyarənin hündürlüyü xaotik şəkildə dəyişib. Təyyarə sahil xəttinə tərəf yönəlib.

“11:28-də ekipajla əlaqə itirildi və təyyarə yerə çırpıldı. İlk olaraq Aktau hava limanının xilasetmə xidməti əməkdaşları hadisə yerinə çatıb və sərnişinlərin təxliyəsinə dərhal başlayıb. Hazırda bu hadisə ilə bağlı Nəqliyyat Nazirliyinin Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən araşdırma aparılır,” – deyə nazir vurğulayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər