9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
Evİdman"Real" maliyyə problemlərinə görə oyunçuları sata bilər

“Real” maliyyə problemlərinə görə oyunçuları sata bilər

Klubda yalnız bir toxunulmaz oyunçu var.

“Real” maliyyə problemlərinə görə bir neçə oyunçusunu satmağa hazırdır. “Relevo” xəbər verir ki, bir sıra çətinliklərə görə bəzi oyunçular klubu tərk edə bilər.

Birincisi, “Santyaqo Bernabeu” stadionunun yaxınlığında yaşayan sakinlərin şikayətlərinə görə konsertlər keçirilə bilmir. İkincisi, stadionun yenidən qurulması üçün çoxlu vəsait sərf olunub.

Eyni zamanda, bu maliyyə çətinliklərinə səbəb olan amillər arasında Kilyan Mbappenin transferi də göstərilir. Fransız oyunçunun əmək haqqısı “kral klubu”na böyük maliyyə yükü yaradır.

Diqqət çəkən məqam Mbappenin klubda toxunulmaz oyunçu kimi qalmasıdır. “Real” hətta Vinisius Junioru belə satmağa hazırdır.

Klubu tərk edə biləcək digər oyunçular arasında Andrey Luninin, Aurelyen Tçuameninin, Antonio Rüdigerin, Federiko Valverdenin və Rodriqonun adları çəkilir.

Qeyd edək ki, daha əvvəl Mbappenin psixoloji problemlərlə mübarizə apardığı barədə xəbərlər yayılmışdı.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər