17 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİqtisadiyyatRəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

Bakı, 25 sentyabr, Daylinews-az.com – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi “SDG Digital GameChangers” mükafatının “Planet-İqlim və Ətraf Mühitimiz Üçün İnnovasiya” kateqoriyasında finala yüksəlib.

Daylinews Az-ın məlumatına əsasən, bu mükafat Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən birgə təşkil edilən “SDG Digital” sammiti çərçivəsində təqdim olunur. Sammitdə iştirakçı ölkələr rəqəmsal və innovativ həllərlə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə necə töhfə verə biləcəklərini nümayiş etdirirlər.

Müsabiqəyə mövcud 5 kateqoriya üzrə 1186 layihə təqdim edilib, hər kateqoriya üzrə 20 layihə finala yüksəlib. Rəqəmsal Sənəd Dövriyyəsi Azərbaycandan seçilən yeganə finalçı olaraq ölkəmizi təmsil edib.

Bu sistem dövlət qurumları arasında tam rəqəmsal sənəd mübadiləsi həyata keçirərək kağız istifadəsini minimuma endirir. Bu xüsusiyyət onu digər layihələrdən fərqləndirərək finala yüksəlməsinə səbəb olub.

Xatırladaq ki, Rəqəmsal Sənəd Dövriyyəsi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanıb. Bu günə qədər sistemə 1700-dən çox dövlət qurumu inteqrasiya olunub və hər ay 500 mindən çox vərəqə qənaət edilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər