5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvŞou biznesRoza Zərgərli: "Oğullarımın yanında mənim adımı yazmayın"

Roza Zərgərli: “Oğullarımın yanında mənim adımı yazmayın”

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc Qafarovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Daylinews-az.com-in məlumatına görə, sənətçi şəxsi sosial şəbəkə hesabında video paylaşaraq bu məsələ ilə bağlı fikirlərini bildirib. Roza Zərgərli artıq himayəsinə götürdüyü oğullarının adları çəkilərkən öz adının qeyd olunmamasını xahiş edib:

“Zamanında himayəmə götürdüyüm övladlarımla bağlı çoxsaylı məqalələr və xəbərlər yazılıb. Orada qeyd olunurdu ki, Roza Zərgərlinin oğlu və sairə. Mən səhv bir addım atmamışam. Əksinə, onlara əmək, maliyyə, sevgi və ən dəyərli olan vaxtımı sərf etmişəm.”

Müğənni bildirib ki, sosial mediada Corcun işindən uzaqlaşması ilə bağlı xəbərlər dərc edilib və bu mövzuya Corcun özü də açıqlama verib. “Biz artıq Corcun teatrdan uzaqlaşacağını bilirdik, çünki o, Rusiyada çalışdığı zaman bu hadisə baş vermişdi. Lakin yenə də mediada onun haqqında yazılan məqalələrdə sonda qeyd olunur ki, ‘Corc Roza Zərgərlinin oğludur’. Buradan sizə müraciət edirəm və rica edirəm ki, artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın.”

Qeyd edək ki, Roza Zərgərli övladlığa Corc və Jerar Qafarovu götürüb. Müğənninin, həmçinin, Bənövşə adlı bir qızı var.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər