Amerikan Time jurnalı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı 2024-cü ilin “İlin Şəxsi” olaraq elan edib. 1927-ci ildən başlayan bu ənənə, son 12 ayda dünyaya ən böyük təsir göstərən şəxsləri seçir — bu təsirin müsbət və ya mənfi olmasından asılı olmayaraq.
2024-cü il üçün “İlin Şəxsi” nominasiyasına namizədlər:
- Donald Tramp: ABŞ-ın yeni seçilmiş prezidenti.
- Kamala Harris: ABŞ-ın vitse-prezidenti, prezident seçkilərində iştirak etsə də, Trampa məğlub oldu.
- Elon Musk: SpaceX və Tesla-nın yaradıcısı, Trampın yeni administrasiyasında vəzifə aldı.
- Keyt Middleton: Uels şahzadəsi, xərçəng diaqnozundan sonra kimyaterapiya kursu keçdi.
- Yuliya Navalnaya: Rusiya müxalifət lideri Aleksey Navalnının dul xanımı.
- Benamin Netanyahu: İsrailin Baş Naziri.
- Jerom Pauell: ABŞ Federal Ehtiyat Sisteminin sədri.
- Co Roqan: Tanınmış amerikalı komediyaçı və podkast aparıcısı.
- Klaudiya Şeynbaum: Meksikanın ilk qadın prezidenti.
- Mark Zukerberq: Meta şirkətinin rəhbəri (Rusiya tərəfindən ekstremist təşkilat elan edilib və qadağan olunub).
Time jurnalı vurğulayıb ki, hər bir namizəd ilin əsas hadisələrinə əhəmiyyətli təsir göstərib.