ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makron arasında Parisdə baş tutan görüş zamanı baş verən əl tutma səhnəsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Daylinews-az TASS-a istinadən xəbər verir ki, Tramp Fransa ziyarəti çərçivəsində Paris Notr-Dam Kilsəsinin yenidən açılışı mərasimində iştirak edib. Bu, onun 2024-cü ildəki seçki qələbəsindən sonra ilk beynəlxalq səfəri olub.
Mərasimdən əvvəl Tramp Makronla görüşüb və onların əl tutma anı dərhal sosial şəbəkələrdə “viral” oldu.
Bir istifadəçi “X” platformasında belə yazıb: “Prezident Tramp yenə dünya liderlərinə üstünlük nümayiş etdirir. Görünür, Makron bu əl tutmadan sonra əl masajına ehtiyac duyacaq”. Digər bir istifadəçi isə əlavə edib: “Prezident Tramp Makronla əl tutma mərasimində təsirli performans göstərdi. Biz geri qayıtdıq!”
Bu səhnə 2017-ci ildə Tramp və Makronun 29 saniyə davam edən məşhur əl tutma anını xatırlatdı. Həmin vaxt hər iki lider bir-birinin əlini sıxıb saxlamağa çalışmışdı. Jurnalist Kolin Raqq bu barədə belə deyib: “Yeddi il keçib, amma əl tutma döyüşü hələ də davam edir”.