5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvŞou biznesTünzalə Ağayeva özünə ad günündə "Zalım"ı hədiyyə etdi

Tünzalə Ağayeva özünə ad günündə “Zalım”ı hədiyyə etdi

Xalq artisti Tünzalə Ağayeva “Zalım” adlı yeni layihəsini təqdim edib.

Daylinews-az.com xəbər verir ki, müğənninin yeni klipi işıq üzü görüb. Klipin rejissoru tanınmış fashion fotoqraf Röyal Səfərovdur. Mahnının sözləri və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Karimova aiddir. Tünzalə Ağayevanın klipdəki stilini geyim üzrə mütəxəssis Elnarə de Birbuet hazırlayıb, makiyaj və saç düzümü isə stilist Sabir Bağırov tərəfindən edilib.

Müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb. Layihənin prodüseri Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqdim edilib və müğənni bu layihəni özünə ad günü hədiyyəsi kimi hazırlayıb. “Zalım” layihəsi Xalq artistinin şəxsi “Youtube” kanalında və bütün rəqəmsal platformalarda yayımlanıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər