Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Turizm haqqında” qanuna edilmiş dəyişikliklərlə turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyən edilib.
Daylinews-az.com xəbər verir ki, qanun çərçivəsində aşağıdakı fəaliyyət növləri turizm və rekreasiya zonalarında qadağan olunub:
- Kimya sənayesi, metallurgiya və nüvə energetikası ilə bağlı fəaliyyətlər;
- İri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- Tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti, bu məqsədlə poliqon və qurğuların quraşdırılması ilə bağlı fəaliyyətlər;
- “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında” qanuna əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi olmadan və dövlət ekoloji ekspertizasından keçmədən həyata keçirilən, ətraf mühitə təsir göstərə biləcək fəaliyyətlər.
Bu dəyişikliklər turizm və rekreasiya zonalarının təbiətini və ekoloji tarazlığını qorumaq məqsədilə həyata keçirilib.