23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanUEFA Millətlər Liqası: Mehdi Cənnətov ən çox qurtarış edən qapıçılardan biri oldu

UEFA Millətlər Liqası: Mehdi Cənnətov ən çox qurtarış edən qapıçılardan biri oldu

Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətov UEFA Millətlər Liqasında parlaq performansı ilə yadda qalıb və turnirin ən çox qurtarış edən qapıçılarından biri kimi diqqət çəkib.

Daylinews-az.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki qarşılaşmada ümumilikdə 12 qurtarışla ön plana çıxıb. Bu göstərici onu Estoniyalı Karl Yakob Heyn ilə birlikdə ən çox qurtarış edən qapıçılar sırasına daxil edib. Hər iki qapıçı turnirin ilk oyunlarında yüksək performans göstərərək, komandalarının uğurları üçün mühüm töhfə veriblər.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının ilk iki turunda məğlubiyyətlə üzləşib. İlk turda millimiz ev oyununda İsveçə 1:3 hesabı ilə məğlub olub, daha sonra səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətlərə baxmayaraq, Mehdi Cənnətovun qurtarışları komandamızın müdafiəsini qorumaqda mühüm rol oynayıb və rəqib hücumçularının bir çox təhlükəli zərbəsini dəf edib.

Mehdi Cənnətovun bu uğurlu çıxışı onu Millətlər Liqasında fərqləndirib və növbəti oyunlarda da komandanın ən güvənilən simalarından biri olacağını göstərir. Azərbaycan millisinin azarkeşləri, onun növbəti oyunlarda da eyni uğurla çıxış edəcəyini gözləyirlər.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər