Paytaxt yollarında aparılan təmir işləri səbəbilə oktyabrın 5-dən etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Daylinews-az-in məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti müvəqqəti olaraq Puşkin küçəsi ilə təmin ediləcək.