Bu gün Bakı metrosunda qırmızı xətt üzrə qatarların hərəkətində intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
APA-Economics xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, “İçərişəhər” stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna siqnal daxil olub. Bu siqnal əsasında qatar stansiyada dayandığı zaman texniki baxış keçirilib. Təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar əlavə texniki baxış üçün sərnişinsiz şəkildə “Nərimanov” elektrik deposuna göndərilib. Yerinə isə başqa qatar xəttə buraxılıb.