EvİdmanÜmumdünya Oyunlarına geri sayım başlayıb

Ümumdünya Oyunlarına geri sayım başlayıb

Gələn il 7-17 avqust tarixlərində Çinin Çenqdu şəhərində keçiriləcək Ümumdünya Oyunlarının Təşkilat Komitəsi yarışın başlamasına geri sayıma start verib.

Daylinews-az.com xəbər verir ki, multiidman forumunun başlamasına artıq 300 gün qalıb.

Azərbaycan milli komandası bu prestijli yarışda geniş heyətlə təmsil olunacaq. İdmançılarımız gimnastikanın üç növündə iştirak edəcəklər:

  • Tamblinq: Mixail Malkin
  • Akrobatika: Qarışıq cütlük Ağasif Rəhimov – Razia Seidli, kişi dueti Murad Rəfiyev – Daniel Abbasov və kişi qrupu (Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərov)
  • Aerobika: Qarışıq cütlük Vladimir Doltov – Mədinə Mustafayeva

Bundan əlavə, karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Ümumdünya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər