Azərbaycanın bədii gimnastika yığması Zaqrebdə keçirilən “Aura Cup” beynəlxalq turnirində uğurlu nəticələr əldə edib.
Daylinews-az.com xəbər verir ki, yarışın son günündə Sofiya Məmmədova yeniyetmələr arasında finalda topla çıxış edərək bürünc medala layiq görülüb. Bundan əvvəl Məmmədova çoxnövçülükdə gümüş medal qazanmışdı.
Qeyd edək ki, daha əvvəl uşaqlar arasında keçirilən yarışda Nur Sadıxova çoxnövçülükdə, topla və halqa ilə hərəkətlərdə 3 gümüş medal qazanıb.