Bu gün Misli Premyer Liqasının XI turu sona çatacaq.
Daylinews-az.com xəbər verir ki, turun son oyun günündə iki maraqlı qarşılaşma keçiriləcək. Əvvəlcə “Sabah” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Samir Abasovun baş məşqçi təyin olunmasından sonra qələbəyə qovuşan “ağ-qaralar” üçün bu səfər matçı ciddi sınaq olacaq.
Turun son oyununda isə “Qarabağ” komandası “Şamaxı”nı qəbul edəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ın məqsədi bu görüşdən qələbə ilə ayrılaraq turnir cədvəlində liderliyini möhkəmləndirməkdir.
Misli Premyer Liqası
11-ci tur
27 oktyabr
17:00 – “Sabah” – “Neftçi”
- Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
- VAR: Rəşad Əhmədov
- AVAR: Asiman Əzizli
- Hakim-inspektor: Anar Salmanov
- AFFA nümayəndəsi: Elçin Mehdiyev
- “Bank Respublika Arena”
19:00 – “Qarabağ” – “Şamaxı”
- Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
- VAR: Elçin Məsiyev
- AVAR: Pərvin Talıbov
- Hakim-inspektor: Asim Xudiyev
- AFFA nümayəndəsi: Asif Əliyev
- Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, növbəti tur 1-3 noyabr tarixlərində baş tutacaq.