Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 16:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkənin bir çox rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Daylinews-az.com-ə verilən məlumata görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Qəbələ, İsmayıllı, Oğuz, İmişli, Şamaxı, Xaçmaz, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, Ağdam, Bərdə, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara və Ağsuda fasilələrlə yağış yağır.
Bununla yanaşı, Naxçıvan, Şamaxı, Qrız və Yevlaxda duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcə, Naxçıvan MR-da 9 dərəcə, Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 6 dərəcə isti və yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.