9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
Evİdman"Ayaks"ın Say Üstünlüyü: "Qarabağ"la Oyun Üzərindəki Təsirləri

“Ayaks”ın Say Üstünlüyü: “Qarabağ”la Oyun Üzərindəki Təsirləri

Avropanın tanınmış klublarından biri olan “Ayaks”, “Qarabağ”a qarşı matçın əksər hissəsini say üstünlüyündə oynayıb və hakimin bəzi mübahisəli qərarları ilə üstünlüyünü hesabda 3:0-a çatdırıb. Bu amillər, təbii ki, oyunun statistik göstəricilərinə də təsirsiz ötüşməyib.

Topa Sahib Olma Üstünlüyü və Hücum Sayı

Say üstünlüyünə baxmayaraq, “Ayaks” topa sahib olma faizi baxımından cəmi 54%-lə üstün olub. “Qarabağ” isə azlıqda oynasa da, 46%-lik göstərici ilə rəqibin yaxın təqibçisi olub. Hücum sayında da “Qarabağ” cəmi 4 hücum geri qalıb (25-29), lakin azlıqda oynamasına baxmayaraq, güclü təzyiqə qarşı davam gətirib.

Qapıya Zərbələr

Qapıya zərbə sayında isə say üstünlüyü hiss olunub. “Qarabağ”ın 3 zərbəsindən yalnız 1-i qapı çərçivəsinə gedib və qapıçı tərəfindən dəf edilib. Əksinə, “Ayaks” 13 zərbə vurub, bunlardan 10-u qapı çərçivəsinə düşüb. Qapıçı Koxalski 7 zərbəni dəf etməklə komandanı daha ağır məğlubiyyətdən qurtarıb. Bu statistika rəqibin hücumda nə qədər effektiv olduğunu göstərir.

Ötürmələrdə Dəqiqlik

“Qarabağ” ümumi 419 ötürmə ilə rəqibdən geri qalıb, burada da 80%-lik ötürmə dəqiqliyi ilə çıxış edib. “Ayaks” isə 537 ötürmənin 475-də (88%) dəqiq olub. Uzun ötürmələrdə də fərq gözə çarpır: “Qarabağ” yalnız 27% dəqiqliklə oynayarkən, “Ayaks”da bu göstərici 70%-ə çatıb.

Təkbətək Mübarizələr və Sürpriz Nəticələr

Yerdə təkbətək mübarizələrdə “Qarabağ” müəyyən üstünlük qazansa da (53%-47%), havada amsterdamlılar daha güclü olub (67%-33%).

Cərimə Və Künc Zərbələri

“Qarabağ” oyunda 3, “Ayaks” isə 2 künc zərbəsi ilə yadda qalıb. Cərimə zərbələrində isə ağdamlılar 25, rəqib isə 11 dəfə bu fürsəti əldə edib.

Vərəqələr

Hakimin qərarları oyunun dinamikasına təsir edib: “Qarabağ” komandasına 7 sarı və 2 qırmızı vərəqə verildiyi halda, “Ayaks” futbolçularına yalnız 2 sarı vərəqə göstərilib. Bu, oyunun gedişatında balanssızlıq yaradaraq “Ayaks”ın say üstünlüyünü daha da gücləndirib.

Bu göstəricilər say üstünlüyünün statistikaya təsirini açıq şəkildə göstərir, lakin “Qarabağ”ın azlıqda belə böyük əzm nümayiş etdirməsi diqqətəlayiqdir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər