EvSiyasətAzərbaycanla Belarus arasında iki Sazişə edilmiş dəyişiklik təsdiqlənib

Azərbaycanla Belarus arasında iki Sazişə edilmiş dəyişiklik təsdiqlənib

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış iki əsas sazişə edilmiş əlavə və dəyişikliklər rəsmi olaraq təsdiqlənib.

“Daylinews-az.com”un məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” sənədini imzalayıb. Bu protokol ölkələr arasında fitosanitar sahədə əməkdaşlığın gücləndirilməsini və təhlükəsiz bitki idxalı proseslərinin təmin olunmasını hədəfləyir.

Bundan əlavə, Prezident İlham Əliyev eyni tarixdə imzalanmış digər bir sazişə – “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u da təsdiq edib. Bu saziş baytarlıq sahəsində təcrübə mübadiləsi və ölkələrarası əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər