Avropa Liqası və Konfrans Liqasında ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
“Daylinews-az.com”ın məlumatına görə, Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ” İsveçin “Malmö” komandasına 1:2 hesabı ilə məğlub olub. Bu nəticə ilə Azərbaycanın xal hesabı dəyişməyib və 19,125 xalda qalıb. Bununla belə, Bolqarıstan eyni xala malik olduğu üçün Azərbaycanı geridə qoyaraq 27-ci yerə yüksəlib, Azərbaycan isə hazırda 28-ci sırada qərarlaşıb.
Cari mövsümdə Azərbaycanın UEFA reytinqi qazancı 2,375-ə bərabərdir. Bu xalın bölüşdürülməsi isə belədir: “Zirə” 1,250 xal, “Qarabağ” 0,750 xal, “Sabah” 0,250 xal, “Sumqayıt” isə 0,125 xal toplayıb.
Qeyd edək ki, reytinq cədvəlinə 92,446 xalla İngiltərə liderlik edir.