5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatAzərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə qalacaq

Azərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə qalacaq

Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər həyata keçiriləcək. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bu məsələ ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Daylinews-az.com xəbər verir ki, bu dəyişikliklər “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihələrində əks olunub. Birləşmə nəticəsində hazırda 1606 olan bələdiyyələrin sayı 684-ə enəcək.

Bu dəyişikliklərə əsasən, əhalisinin sayı 3000 nəfərdən, ev təsərrüfatlarının sayı isə 1000 vahiddən az olan bələdiyyələr digər bələdiyyələrlə birləşdiriləcək. Birləşmə prosesi, yaranan sosial-iqtisadi vəziyyət və tarixi xüsusiyyətlər nəzərə alınaraq həyata keçiriləcək.

Yeni yaradılan bələdiyyələrin adları birləşən bələdiyyələr arasında ən çox əhaliyə malik olan bələdiyyənin adı ilə müəyyən ediləcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər