5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatAzərbaycanda bu şəxslər dövlətdən 6 min manat alacaqlar - Şad xəbər

Azərbaycanda bu şəxslər dövlətdən 6 min manat alacaqlar – Şad xəbər

Ötən gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilmişdir, iclasa Sahibə Qafarova sədrlik etmişdir.

Daylinews-az.com-in məlumatına görə, iclasda 19 məsələ müzakirə olunmuş və beş qanun layihəsi üçüncü oxunuşda qəbul edilmişdir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat vermişdir.

O, bildirib ki, bu kateqoriyadan olan şəxslər ilk dəfə işə düzələn zaman hazırkı qanuna əsasən orta aylıq əmək haqqının beş mislindən az olmayan məbləğdə birdəfəlik müavinət (5017,5 manat) və əlavə olaraq paltar, ayaqqabı və digər ləvazimatların əvəzinə pul kompensasiyası (265 manat) alırlar.

Qanun layihəsinə təklif olunan dəyişikliklərə əsasən, bu kompensasiyalar birləşdirilərək birdəfəlik müavinət məbləği ölkə üzrə orta aylıq nominal əməkhaqqına uyğun olaraq 6000 manat müəyyən ediləcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər