Evİdman“Sabah” FIBA Avropa Kubokunda növbəti oyununa çıxır

“Sabah” FIBA Avropa Kubokunda növbəti oyununa çıxır

“Sabah”ın basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.

“Daylinews-az.com”nun məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi komanda İsveçin “Nörçöppinq Dolfins” klubunu qəbul edəcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” bundan əvvəl “Spiru”ya (Belçika) səfərdə 81:82, “Marussi”yə (Yunanıstan) isə evdə 70:82 hesabı ilə məğlub olub.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər