23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİqtisadiyyatAzərbaycandan uçuşların sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycandan uçuşların sayı əhəmiyyətli dərəcədə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys həyata keçirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7%) və 2546 uçuş (20,4%) daha çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub. Ümumilikdə Rusiyaya 5134 aviareys həyata keçirilib ki, bu da keçən illə müqayisədə 12,9% artım deməkdir.

İkinci yerdə Türkiyə qərarlaşıb – bu istiqamətdə 4004 aviareys həyata keçirilib, bu isə ötən ilə nisbətən 5,5% çoxdur.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər