Paris Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən atlet Lamiya Vəliyeva 100 metr məsafəyə qaçışda (T13 kateqoriyası) qızıl medal qazanıb.
Vəliyeva finalda 11,76 saniyəlik nəticə ilə birinci yeri tutaraq ikinci dəfə Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Bununla yanaşı, o, həm dünya, həm də Paralimpiya rekordunu yeniləyib.