9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvXəbərAzərbaycanlı və türkiyəli dənizçilər Kerç boğazında təhlükə siqnalı verib

Azərbaycanlı və türkiyəli dənizçilər Kerç boğazında təhlükə siqnalı verib

Kerç boğazında azərbaycanlı və türkiyəli dənizçilərin olduğu gəmi çətin vəziyyətə düşüb.

Daylinews-az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Sierra Leone bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus Lady Fortune gəmisi Kerç boğazında ciddi texniki problemlərlə üzləşib.

Gəminin göyərtəsində 13 nəfərdən ibarət azərbaycanlı və türkiyəli heyət üzvü var. Gəminin texniki nasazlığı səbəbindən dənizə çıxması mümkün deyil. Bundan əlavə, mürəkkəb hava şəraiti, su və ərzaq ehtiyatlarının tükənməsi vəziyyəti daha da çətinləşdirir.

Rusiya Peşəkar Dənizçilər İttifaqının (RPDMİ) məlumatına görə, heyət artıq altı aydır əməkhaqqı ala bilmir. İttifaqın açıqlamasında qeyd edilib ki, gəmi sahibi öz öhdəliklərini yerinə yetirmədiyi üçün dənizçilər yardım istəyib.

Dənizçilər beynəlxalq dənizçilər ittifaqı ilə əlaqə saxlamağa cəhd etsələr də, nəticə əldə olunmayıb. Nəticədə Rusiya Peşəkar Dənizçilər İttifaqına müraciət edilib və onlar Temrük limanının kapitanına gəminin limana daxil olmasına icazə verilməsi üçün müraciət ünvanlayıblar.

Birliyin məlumatına görə, dənizçilər artıq bir neçə gündür Kerç ərazisini tərk edə bilmirlər. Təhlükəli şərait onların sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər