Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” yarışları ikinci günündə davam edir.
İdman.biz-in məlumatına görə, 3-6 oktyabr tarixlərində keçirilən turnirdə yerli və xarici klubların kiçik yaşlı gimnastları mübarizə aparırlar. Yarışa 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası qatılıb.
Qeyd edək ki, yarışda 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri üzrə mübarizə aparırlar. Onlar müxtəlif alətlərlə və çoxnövçülük proqramında öz bacarıqlarını nümayiş etdirirlər.