Cəbrayıl rayonunda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək.
Daylinews-az xəbər verir ki, bu barədə “Hicaz Poultry” MMC-nin təsisçisi Səfər Sadiqov məlumat verib. Fabrik, saatda 40 ton istehsal gücünə malik yem fabriki və illik 24 milyon yumurta tutumuna malik inkubasiya fabrikini də əhatə edəcək.
Layihə çərçivəsində 150 daimi iş yerinin yaradılması planlaşdırılır. Sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulur, bu da əlavə olaraq 400 daimi iş yerinin açılmasına imkan verəcək.
Qeyd edək ki, oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.