Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.
Fanat.Az-ın verdiyi məlumata görə, bu oyunlarla II tura yekun vurulacaq.
Günün ən maraqlı oyunlarından biri “Real Madrid”in Fransada “Lill” komandasının qonağı olacağı qarşılaşmadır. Turnirdə ilk dəfə iştirak edən “Bolonya” isə İngiltərənin nəhəngi “Liverpul”la qarşılaşacaq.
Digər diqqətçəkən qarşılaşmalar arasında Almaniyanın “Bayern Münhen” klubunun İngiltərənin “Aston Villa”sına, “Yuventus”un isə “Leypsiq” komandasına qarşı mübarizəsi yer alır.
Avstriyada keçiriləcək “Şturm” – “Brügge” oyunu isə azərbaycanlı futbolsevərlər üçün xüsusilə maraqlı olacaq, çünki bu qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, II tur (2 oktyabr)
- 20:45. Jirona (İspaniya) – Feyenoord (Niderland)
- 20:45. Şaxtyor (Ukrayna) – Atalanta (İtaliya)
- 23:00. Aston Villa (İngiltərə) – Bayern Münhen (Almaniya)
- 23:00. Benfika (Portuqaliya) – Atletiko (İspaniya)
- 23:00. Dinamo Zaqreb (Xorvatiya) – Monako (Fransa)
- 23:00. Lill (Fransa) – Real (İspaniya)
- 23:00. Liverpul (İngiltərə) – Bolonya (İtaliya)
- 23:00. Leypsiq (Almaniya) – Yuventus (İtaliya)
- 23:00. Şturm (Avstriya) – Brügge (Belçika)