COP29 tədbirləri zamanı qonaqlar və akkreditasiyadan keçmiş yerli sakinlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.
Daylinews-az.com-in apa-ya istinadən verdiyi məlumata görə, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu məlumat verib.
O bildirib ki, bu imkandan faydalanmaq üçün sadəcə akkreditasiya kartını təqdim etmək kifayət edəcək: “Bu qayda avtobus, metro və dəmir yolu nəqliyyatına şamil edilir.”