3 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
EvSiyasətDünya Hakimlərinin Baş Assambleyası 2025-ci ildə Azərbaycanda keçiriləcək

Dünya Hakimlərinin Baş Assambleyası 2025-ci ildə Azərbaycanda keçiriləcək

Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 66-cı İllik Toplantısı keçirilib.

“Daylinews-az”nun verdiyi məlumata görə, tədbirdə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin sədri Ramiz Rzayev, sədr müavini Sənan Hacıyev və üzvü Tahir Kazımov iştirak ediblər.

Cənubi Afrika Respublikasının Ali Məhkəməsinin sədri Mandisa Muriel Lindelwa Maya və ədliyyə naziri Tembisile Simelane tədbirdə çıxış edərək, süni intellektin məhkəmə sisteminə təsiri mövzusunda beynəlxalq konfransın vacibliyini vurğulayıblar.

Toplantı zamanı Azərbaycan Hakimlər İttifaqı Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi üçün rəsmi müraciət edib. Ermənistan və Fransa nümayəndə heyətlərinin etirazlarına baxmayaraq, gizli səsvermə nəticəsində səs çoxluğu ilə Azərbaycanın təklifi qəbul edilib və 2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının Bakı şəhərində keçirilməsi qərara alınıb.

Tədbir zamanı iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və məhkəmə sistemi haqqında məlumat verən xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər