Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə geniş tərkibdə görüş keçirib.
Daylinews-az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşün əsas mövzuları:
- Siyasi, təhlükəsizlik, iqtisadi və enerji sahələrində əməkdaşlıq,
- Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq,
- Humanitar və digər əlaqələrin genişləndirilməsi,
- Regional və beynəlxalq platformalarda səmərəli əməkdaşlıq.
Sərhədlərin və ərazi bütövlüyünün dəstəklənməsi
Görüşdə hər iki tərəf, ölkələrinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən məmnun olduqlarını ifadə etdilər.
Ermənistanla sülh prosesi barədə məlumat
Ceyhun Bayramov, həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi barədə məlumat verib. O, sülh gündəliyində qarşıya çıxan çətinliklər və bu prosesin uğurla başa çatdırılması üçün aparılan işlər barədə ətraflı danışıb.





