9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatElektrik avtomobilləri üçün enerji doldurucularının ƏDV-dən azadolma müddəti uzadılır

Elektrik avtomobilləri üçün enerji doldurucularının ƏDV-dən azadolma müddəti uzadılır

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılacaq.

Daylinews-az xəbər verir ki, bu dəyişiklik Vergi Məcəlləsinə təklif olunan yenilikdə öz əksini tapıb. Hazırkı qanuna əsasən, bu tip doldurucuların idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Yeni təklifə əsasən, azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər