Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulacaq.
Daylinews-az.com xəbər verir ki, turun ikinci oyun günündə 9 maraqlı qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” səfərdə “Tottenhem”ə qarşı mübarizə aparacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bundan əlavə, “Qarabağ”ın rəqibi olan 8 komandadan 5-i – “Malmö” (İsveç), “Ayaks” (Niderland), “Styaua” (Rumıniya), “Lion” (Fransa) və “Olimpiakos” (Yunanıstan) da bu gün ilk oyunlarını keçirəcəklər.
Türkiyəni təmsil edən iki komanda da bu gün meydana çıxacaq. “Fənərbaxça” “Yunion” (Belçika) komandasını qəbul edəcək, “Beşiktaş” isə səfərdə “Ayaks”la qarşılaşacaq.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksəlir, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsinə keçirlər. 25-36-cı yerləri tutan komandalar isə turnirdən ayrılırlar.
Avropa Liqası, Liqa mərhələsi, 1-ci tur:
26 sentyabr
20:45: “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika)
20:45: “Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)
23:00: “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
23:00: “Roma” (İtaliya) – “Atletik” (İspaniya)
23:00: “Braqa” (Portuqaliya) – “Makkabi” (İsrail)
23:00: “Ayntraxt” (Almaniya) – “Viktoriya” (Çexiya)
23:00: “Styaua” (Rumıniya) – RFS (Latviya)
23:00: “Lion” (Fransa) – “Olimpiakos” (Yunanıstan)
23:00: “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
25 sentyabr
“Bodo Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) – 3:2
“Alkmaar” (Niderland) – “Elfsborq” (İsveç) – 3:2
“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) – 2:1
“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) – 0:3
“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) – 3:1
“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya) – 0:2
“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) – 1:1
“Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya) – 1:1
“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) – 1:1