Azərbaycan futzal millisinin heyəti açıqlanıb.
Daylinews-az.com xəbər verir ki, Futzal Federasiyasının rəsmi saytına əsasən, baş məşqçi Vitali Borisov 14 futzalçını heyətə dəvət edib. Komanda oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək, ardınca noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışında olacaq. Noyabrın 4-də və 5-də milli komandamız Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Heyət:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”)
Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19)