2025-ci ilin ilk yüksək sinif X partlayışı Günəşdə baş verib.
Daylinews-Az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Bakı vaxtı ilə 3 yanvar saat 15:39-da rentgen diapazonunda X1.2 sinifinə aid partlayış qeydə alınıb. Partlayışın davametmə müddəti 20 dəqiqə təşkil edib,” – deyə məlumatda bildirilir.