9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
Evİdman"İdman Bizimlə” verilişinin növbəti buraxılışı yayımlanıb.

“İdman Bizimlə” verilişinin növbəti buraxılışı yayımlanıb.

Bu dəfəki qonaq cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rüstəm Alimli olub. Məşqçi Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında uğur qazanan cüdoçularımızın çıxışını dəyərləndirib.

Rüstəm Alimli müsahibəsində bildirib ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olması gənc cüdoçularımız üçün böyük motivasiya mənbəyidir. O, cüdo üzrə milli yığmamızın bu uğurlarını davam etdirmək üçün əlindən gələni edəcəyini və gələcək hədəflərinin daha böyük nailiyyətlər qazanmaq olduğunu vurğulayıb.

Məşqçi, qarşıdakı hədəflərindən danışaraq, əsas məqsədinin olimpiya çempionu yetişdirmək olduğunu qeyd edib. O, həmçinin, gənc idmançılarımızın inkişafı üçün ciddi hazırlıq proqramları və beynəlxalq yarış təcrübəsinin önəmini vurğulayıb.

Müsahibənin tam videosunu təqdim edirik:

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər