Bu gün Estoniyanın Tallin şəhərində gənclər arasında Avropa çempionatı start götürüb.
Çempionatın ilk günündə tatami üzərinə 6 azərbaycanlı cüdoçu çıxıb. Onlardan üçü finala yüksələrək böyük uğura imza atıb. Nizami İmranov (60 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycanlı idmançıların bu uğuru ölkəmizin cüdo üzrə yüksək səviyyəli hazırlığının və potensialının bir daha sübutudur. Final qarşılaşmalarında cüdoçularımızın qələbə qazanaraq ölkəmizə qızıl medallar gətirəcəklərinə böyük ümidlər var.