İtaliya Superkubokunun yarımfinal mərhələsində “Yuventus” və “Milan” komandaları arasında maraqlı qarşılaşma keçirilib.
Sport-Az xəbər verir ki, oyun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Al-Awwal Park” stadionunda baş tutub və “Milan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyun ərzində ilk qolu 21-ci dəqiqədə “Yuventus”un hücumçusu Kenan Yıldız vuraraq komandasını önə keçirib. Cavab qolunu “Milan”ın hücumçusu Kristian Pulişiç 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək vurub. Daha sonra, 76-cı dəqiqədə “Yuventus”un müdafiəçisi Federiko Qatti avtoqol vuraraq “Milan”ın qələbəsini təmin edib.
Beləliklə, “Milan” finalda “İnter”lə qarşılaşacaq. “İnter” yarımfinal mərhələsində “Atalanta”nı 2:0 hesabı ilə məğlub etmişdi. Final matçı 6 yanvarda baş tutacaq.
Qeyd edək ki, İtaliya Superkubokunun əvvəlki qalibi “Napoli”ni məğlub edən “İnter” olmuşdu.