9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvXəbərLaçında baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Laçında baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

23 noyabr 2024-cü il tarixində saat 12:10-da Laçın rayonu ərazisində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 4.5 olub və onun episentri Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti tərəfindən verilən məlumata əsasən, zəlzələ nəticəsində bu günə qədər nə insan tələfatı, nə də hər hansı dağıntı barədə məlumat daxil olub.

Nazirlik tərəfindən hadisənin nəticələri izlənilir və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər