7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvXəbərApple iPhone 17 Slim-in dizaynı və xüsusiyyətləri açıqlandı

Apple iPhone 17 Slim-in dizaynı və xüsusiyyətləri açıqlandı

Apple 2025-ci ildə təqdim etməyə hazırlaşdığı iPhone 17 seriyası ilə bağlı sızıntılar davam edir. Şirkət satışlardan tam məmnun olmadığı üçün yeni model təqdim etməyi planlaşdırır. Bu modelin adının “iPhone 17 Slim” olacağı və incəliyi ilə seçilən cihaz kimi təqdim ediləcəyi gözlənilir.

Yeni dizayn və ikili kamera quruluşu

AppleTrack xəbər verir ki, iPhone 17 Slim modeli üfüqi və mərkəzləşdirilmiş bir dizayna malik ikili kamera quruluşu ilə gələcək. Bu kamera tərtibatı əvvəlki modellərdən kifayət qədər fərqlənir. Onun arxa panelinin görünüşü Nothing Phone 2 modelini xatırladır.

Bununla yanaşı, digər modellərin dizaynında böyük dəyişikliklərin gözlənilmədiyi bildirilir. Bu yeni dizaynın tək kamera ilə gələcəyi haqqında əvvəlki iddialar isə əsassız olaraq qiymətləndirilib.

Naziklikdə yeni rekord

Daha əvvəl yayılan məlumatlara görə, iPhone 17 Slim-in qalınlığı 6 mm təşkil edəcək. Əgər bu təsdiqlənsə, cihaz Apple tarixində ən nazik iPhone modeli olacaq. Xatırladaq ki, indiyə qədər Apple-ın ən nazik smartfonu 6,9 mm qalınlığında olan iPhone 6 idi.

Texniki xüsusiyyətlər və qiymət

Texniki xüsusiyyətlərlə bağlı tam məlumatlar hələ açıqlanmasa da, cihazın 6,6 düymlük ekranla təchiz ediləcəyi və Apple A19 prosessoru ilə gücləndiriləcəyi gözlənilir. Qiymət isə 1299-1499 dollar arasında dəyişə bilər.

Apple, iPhone 17 seriyası ilə dizayn və texnologiyada yeniliklər təqdim edərək istifadəçiləri cəlb etməyi planlaşdırır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər