Zeynəb Həsəni “Rəngarəng səhər” proqramında Talıb Taledən başqa heç bir kişi müğənni ilə duet oxumayacağını bildirib.
BiG.AZ-ın titul.az-a istinadən verdiyi məlumata görə, xanım müğənni bu sözlərini “Kişi olmasam da, kişi qızıyam. Sözüm kişi sözüdür” ifadəsi ilə bir daha vurğulayıb.
Eyni verilişdə qonaq olan Zeynəbin yeganə kişi duet ortağı Talıb Tale isə Zeynəblə bağlı maraqlı bir faktı efirdə açıqlayıb. O, Özbəkistan səfəri zamanı ölkənin mədəniyyət nazirinin kürəkəni olan məşhur müğənninin Zeynəblə duet oxumaq üçün ona çox təkid etdiyini, lakin azərbaycanlı xanım ifaçının bu təklifi qəbul etmədiyini bildirib.
Ətraflı videoda: