“Neftçi” klubunun baş məşqçisi Roman Qriqorçukla yollarını ayıracağı gözlənilir.
Daylinews-az.com-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı baş məşqçi klub rəhbərliyinə öz istəyini bildirib. O, komandadan ayrılmağa hazır olduğunu və müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi halda təzminat tələb etməyəcəyini qeyd edib.
Bu gün klub rəhbərliyi ilə Roman Qriqorçuk arasında görüş keçiriləcək və 59 yaşlı mütəxəssislə bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Xatırladaq ki, “Neftçi” bu mövsüm Premyer Liqada ardıcıl olaraq uğursuz nəticələr göstərir. Komanda 9 turdan sonra cəmi 5 xal toplayaraq 9-cu pillədə qərarlaşıb. “Ağ-qaralar” ardıcıl 10 oyundur ki, qələbə qazana bilmir və tarixinin ən uğursuz dövrünü yaşayır.
Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.