5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatNövbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq?

Növbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq?

Yay mövsümü başa çatdıqca, bir sıra yerli ərzaq məhsullarının qiymətində ənənəvi olaraq artım müşahidə olunur. Son günlərdə də daxili bazarda bir çox məhsulun qiymətində artım qeydə alınıb. Bəs, növbəti aylarda hansı ərzaq məhsullarının qiymətində artım gözlənilir?

Daylinews-az.com-a bu mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, xüsusilə meyvə-tərəvəz və ət məhsullarının qiymətində artım gözlənilir.

Yanacağın qiymətinin artması ərzaq bahalaşmasına səbəb oldu

Xalid Kərimlinin sözlərinə görə, iyulun 1-də yanacağın qiymətinin artması ərzaq məhsullarının qiymətində bahalaşmanın əsas səbəblərindən biri olub. O bildirib ki, daşınma xərclərinin artması səbəbindən sahibkarlar da qiymətləri qaldırmağa məcbur qalıblar.

Meyvə-tərəvəz və istixana məhsulları bahalaşacaq

“Oktyabr ayından sonra meyvə-tərəvəz məhsullarında qiymət artımı gözlənilir. Noyabrdan etibarən istixana məhsulları bazara çıxır və istixanaların xərcləri bostan məhsullarına nisbətən daha yüksəkdir. Bəzi fermerlər isə məhsullarını bostan mövsümündə ucuz satmaq əvəzinə, anbarlarda saxlayaraq qışda daha baha qiymətə satmağı planlaşdırırlar,” – deyə Kərimli vurğulayıb.

Ət məhsulları da bahalaşacaq

Eyni zamanda, iqtisadçı qeyd edib ki, növbəti aylarda ət məhsullarının da bahalaşması davam edəcək. Ümumilikdə ərzaq məhsullarında qiymət enişi gözlənilmir, lakin kəskin bahalaşma da gözlənilən deyil.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər