Kataloniya “Barselona”sının baş məşqçisi Hans-Diter Flik, avqust ayının yekunlarına əsasən, İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib və bu mükafatı qazanan ilk alman olub. Flik, Xavi Ernandesin yerinə bu mövsüm baş məşqçi vəzifəsinə təyin olunduqdan sonra artıq ilk böyük uğurunu əldə edib.
Daylinews-az.com “championat”a istinadən xəbər verir ki, daha əvvəl heç bir alman məşqçi La Liqada ayın ən yaxşı məşqçisi adına layiq görülməyib.
Bu nominasiyada Hans-Diter Fliklə yanaşı, “Alaves”in baş məşqçisi Luis Qarsiya və “Vilyarreal”ın baş məşqçisi Marselino Toral da mübarizə aparıblar.
Xatırladaq ki, “Barselona” La Liqanın 5-ci turunda “Jirona”ya qarşı səfər oyununa çıxacaq. Matç sentyabrın 15-də, Bakı vaxtı ilə saat 18:15-də baş tutacaq.