7 C
Baku
Çərşənbə, Yanvar 8, 2025
EvSiyasətŞolts İlon Maskın Almaniya siyasətinə təsirindən narahatdır

Şolts İlon Maskın Almaniya siyasətinə təsirindən narahatdır

ABŞ-lı biznesmen İlon Maskın sağçı “Almaniya üçün Alternativ” partiyasına dəstəyi Almaniya kansleri Olaf Şoltsda narahatlıq doğurur.

Daylinews-Az xəbər verir ki, bu barədə Şolts “Ştern” jurnalına verdiyi müsahibəsində bildirib. Kansler qeyd edib ki, Maskın tənqidlərinə deyil, onun belə bir partiyaya dəstək verməsinə daha çox diqqət yetirir.

“Maskın təhqirləri məni narahat etmir, amma onun “Almaniya üçün Alternativ” kimi bir partiyanı dəstəkləməsi daha çox narahatlıq doğurur. Bu partiyanın proqramında qismən sağçı ekstremizm var. O, Rusiya ilə yaxınlaşmanı dəstəkləyir və transatlantik əlaqələrin zəiflədilməsinə çalışır,” – deyə Şolts vurğulayıb.

31 dekabr tarixində İlon Mask Şoltsu “axmaq” və “çirkab” adlandıraraq təhqir edib. Eyni zamanda, o, “Almaniya üçün Alternativ” partiyasına dəstək ifadə edib.

Bundan əlavə, Mask Almaniya prezidenti Frank-Valter Ştaynmayeri “antidemokratik tiran” adlandırıb. Bu ifadəni o, fəal Naomi Zaybtın Ştaynmayerin Almaniya seçkilərinə xarici təsirlərə qarşı çıxışını tənqid etdiyi fikirlərinə cavab olaraq işlədib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər