Bu gün, 6 yanvar tarixində Azərbaycanda “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas tədbirlərin və fəaliyyətlərin Təqvim Planına” uyğun olaraq seçkiqabağı təbliğat kampaniyası start götürdü. Bu barədə Daylinews-Az məlumat yayıb.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, təbliğatı yalnız qeydiyyatdan keçmiş namizədlər, onların səlahiyyətli nümayəndələri və etibarlı şəxsləri, eləcə də namizədlərini irəli sürmüş siyasi partiyalar və partiya blokları həyata keçirə bilərlər. Təbliğat prosesi seçkilərə 23 gün qalmış başlayır və seçki günü səhər 08:00-dək davam edir.
Bu qaydaya uyğun olaraq, təbliğat 6 yanvar 2025-ci il tarixindən 28 yanvar 2025-ci il tarixinədək aparılacaq və seçki günündən bir gün öncə, 08:00-da yekunlaşacaq. Təbliğat müddətində namizədlər öz proqramlarını və şəhərlərin, kəndlərin inkişafı üçün baxışlarını seçicilərə təqdim edəcəklər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, bu bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15,696 namizəd qeydiyyata alınıb.





