9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSağlamlıqSüd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib

Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib

Azərbaycanda süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən təsdiqlənib.

“Daylinews-az.com”un əldə etdiyi məlumata əsasən, bu qaydalar istehlakçıların keyfiyyət tələblərinə uyğun, təhlükəsiz süd və süd məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınmasına yönəlib.

Qaydalar süd toplama məntəqələrində südün daşınması, qəbulu, saxlanması və topdan satış proseslərini tənzimləyir. Məntəqələr xüsusi ayrılmış sahələrdə yerləşdirilməlidir. Əgər məntəqə heyvandarlıq təsərrüfatında fəaliyyət göstərirsə, sağım yerindən divar arakəsmə ilə ayrılmış ayrıca bölmədə qurulmalıdır.

Sanitar qaydalar:

  • Məntəqədə işçi heyət üçün sanitar qovşaq otağı süd saxlanılan bölmədə olmamalı və həmin bölmələrlə birbaşa əlaqəsi olan qapılardan uzaq yerləşdirilməlidir.
  • Qovşaqda bağlanan qapılar, əllərin yuyulması və dezinfeksiya vasitələri, çanaq, quruducu qurğu, birdəfəlik dəsmallar və təmizləmə vasitələri ilə təchiz olunmuş bölmələr təşkil edilməlidir.

Südün saxlanması və toplama qaydaları:

  • Süd toplama məntəqəsində saxlanılan sisternlər və çənlər divarlardan ən az 60 sm, döşəmədən 20 sm, tavandan isə 100 sm aralıda olmalıdır.
  • Sağım zamanı əldə olunan süd müxtəlif temperatur rejimlərində saxlanmalıdır:
    • 8-10 dərəcə C-də 12 saat,
    • 6-8 dərəcə C-də 18 saat,
    • 4-6 dərəcə C-də 24 saat.

Bu saxlama müddətləri bitdikdən sonra süd emala verilməlidir.

Daşınma qaydaları:

  • Sisternli və tankerli nəqliyyat vasitələrilə süd daşınarkən tankerlər plomblanmalı və südün temperaturu 10 dərəcə C-dən yüksək olmamalıdır.
  • Südün eyni dərəcədə soyudulması üçün çənlərdəki süd 20-30 dəqiqə intervalında qarışdırılmalıdır.
Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər