9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatTexniki pasportun həqiqiliyini yoxlamaq asanlaşdı

Texniki pasportun həqiqiliyini yoxlamaq asanlaşdı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın artırılması və prosedurların sadələşdirilməsi məqsədilə bir sıra innovativ dəyişikliklər tətbiq edib. Bu yeniliklər, mülkiyyətçilər və mülkiyyət sahibi olmaq istəyənlər üçün daha etibarlı hüquqi əməliyyatlar aparmağa imkan yaradır.

Daylinews-az.com xəbər verir ki, son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formada təqdim edilməsidir. Mülkiyyət hüququnu təsdiq edən sənədlərlə yanaşı, daşınmaz əmlakın texniki sənədlərinin elektron qaydada verilməsi prosesi, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə və əmlakın qeydiyyatının daha da sadələşdirilməsinə kömək edir.

Artıq mülkiyyətçilər daşınmaz əmlakın texniki sənədlərini onlayn qeydiyyat və reyestr nömrələrini qeyd etməklə asanlıqla yoxlaya bilərlər. Bunun üçün “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlaka dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) yoxlanılması” xidməti vasitəsilə sənədin qeydiyyat və reyestr nömrəsini daxil etməklə axtarış aparmaq mümkündür. Bu xidmət, istifadəçiyə daşınmaz əmlak haqqında dolğun və dəqiq məlumat almağa imkan verir.

Bu yeniliklərlə sənədlərin itirilməsi, zədələnməsi və saxtalaşdırılması riski tamamilə aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat almaq imkanı yaradılır.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər