7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvCəmiyyətAzərbaycanda baş verən güclü zəlzələlər – TARİX

Azərbaycanda baş verən güclü zəlzələlər – TARİX

Bu gün episentri Şəki rayonu ərazisinə düşən və bir neçə rayonda hiss olunan zəlzələ cəmiyyətdə narahatlıq yaradıb. Rixter şkalası üzrə episentrdə 6 bal gücündə seysmik təkan qeydə alınsa da, ciddi dağıntılar baş verməyib. Ancaq bəzi yaşayış və ictimai binalarda çatlar yaranıb. Azərbaycanda sonuncu belə güclü zəlzələ 2012-ci ilin may ayında Zaqatalada baş verib və həmin zəlzələnin gücü 7 bala yaxın olub.

Daylinews-az.com Azərbaycanda tarix boyunca baş verən ən güclü zəlzələlər haqqında məlumat verib. Azərbaycan ərazisində zəlzələ tarixi V əsrdən hesablanır. İlk zəlzələ 427-ci ildə Gəncədə qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin tədqiqatlarına görə, bu dövrdən 2010-cu ilə qədər baş verən güclü təkanlar araşdırılıb və ən çox Gəncə, Şamaxı və Xəzər adalarında güclü zəlzələlər qeydə alınıb.

Gəncə zəlzələləri:

Azərbaycanın seysmoloji tarixi 427-ci ildə Gəncənin yaxınlığında baş verən 9 bal gücündə zəlzələ ilə başlayır. Bu zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

Daha məşhur olan 1139-cu il Gəncə zəlzələsi nəticəsində isə Göygöl kimi təbii möcüzələr yaranıb. Bu zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayını bağlayıb və bir neçə göl – Göygöl, Maralgöl, Ceyrangöl və digər göllər formalaşıb. Dağıntılar zamanı 230-300 min arasında insanın həyatını itirdiyi bildirilir.

1235-ci ildə Gəncədə baş verən zəlzələ isə şəhərin iqtisadiyyatına və insan resurslarına ciddi zərbə vurub. Zəlzələ nəticəsində 50 minə yaxın insan həlak olub.

Şamaxı zəlzələləri:

Şamaxıda 1667, 1669 və 1671-ci illərdə ard-arda baş verən zəlzələlər Azərbaycan tarixində ən güclü təkanlardan sayılır. 1667-ci ildə baş verən 10 bal gücündə zəlzələ nəticəsində 100 mindən çox insan həlak olub.

1859-cu ildə baş verən Şamaxı zəlzələsi şəhərin quberniya mərkəzi statusunun Bakıya köçürülməsinə səbəb olub. Bu zəlzələ nəticəsində bir çox tarixi tikililər, o cümlədən məşhur Şamaxı Cümə məscidi məhv olub.

1902-ci il Şamaxı zəlzələsi:

1902-ci ildə baş verən zəlzələ Azərbaycan tarixinin ən güclü və dağıdıcı zəlzələsi hesab olunur. Yanvarın 31-də baş verən bu zəlzələ nəticəsində şəhərin böyük hissəsi tamamilə dağılıb. Təsadüfi deyil ki, həmin dövrün mətbuatı bu təbii fəlakəti “Qiyamət günü” adlandırıb. Zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, minlərlə insan yaralanıb, 20 minə yaxın insan evsiz qalıb.

Bu zəlzələ nəticəsində 4 min ev, 8 məscid, 2 kilsə, onlarla ictimai obyekt və tarixi tikili məhv olub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər