9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvXəbərTiktok istifadəçisi “Roşka” həbs edildi

Tiktok istifadəçisi “Roşka” həbs edildi

Cəmiyyətdə açıq-aşkar hörmətsizlik göstərən və sosial şəbəkələrdə, xüsusilə də canlı yayımlarda qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, 1996-cı il təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan TikTok istifadəçisi Rövşən Süleymanzadə saxlanılıb. Onun üzərində narkotik vasitə — marixuana aşkar edilib və götürülüb.

Rövşən Süleymanzadə barəsində müvafiq qərarla 45 günlük inzibati həbs cəzası verilib.

Qeyd edək ki, R. Süleymanzadə aprel ayında analoji hərəkətlərə görə 20 günlük inzibati həbs cəzası almışdı.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər