23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanÜç azərbaycanlı cüdoçu Avropa çempionatının finalında

Üç azərbaycanlı cüdoçu Avropa çempionatının finalında

Bu gün Estoniyanın Tallin şəhərində gənclər arasında Avropa çempionatı start götürüb.

Çempionatın ilk günündə tatami üzərinə 6 azərbaycanlı cüdoçu çıxıb. Onlardan üçü finala yüksələrək böyük uğura imza atıb. Nizami İmranov (60 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycanlı idmançıların bu uğuru ölkəmizin cüdo üzrə yüksək səviyyəli hazırlığının və potensialının bir daha sübutudur. Final qarşılaşmalarında cüdoçularımızın qələbə qazanaraq ölkəmizə qızıl medallar gətirəcəklərinə böyük ümidlər var.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər